NAZ

2006-cı ilin İyun ayının 12-də  Gəncə avtomobil zavodunda istehsal olunan nəqliyyat vasitələrinin satışını təşkil etmək məqsədi ilə Naxçıvan şəhərində nümayəndəlik yaradıldı. Nümayəndəliyin açılış mərasimində Naxçıvan MR-nın ali məclisinin sədri cənab Vasif Talıbov özünün dərin məzmunlu çıxışında demişdir: “Mən istərdim ki, Naxçıvanın özündə avtomobil istehsal olunsun”. Məhz bundan sonra cənab sədrin təşəbbüsü ilə 2008-ci ilin Avqust ayından Naxçıvan avtomobil zavodunun tikintisinə başlanılmışdır.

2009-cu ilin May ayında Pekində keçirilən Çin-Azərbaycan biznes-forumu çərçivəsində Naxçıvan Avtomobil Zavodu və Çinin "CHONGQING LIFAN INDUSTRY (GROUP) IMP. & EXP. CO., LTD." Avtomobil Korporasiyası arasında əməkdaşlıq sazişi imzalandı. Sazişə əsasən, Naxçıvanda "LİFAN" markalı minik avtomobillərinin yığımı təşkil olunacaqdı.

Naxçıvan Avtomobil Zavodu 2010-cu ilin yanvar ayının 11-də istismara verilmişdir. Zavodda Almaniya, Belçika və İtaliyada hazırlanan son model avadanlıqlardan istifadə olunur. Zavodun ümumi sahəsi 2.6 ha təşkil edir. Bura 2472m2 sahəsində istehsal sexi, 720m2 sahəsində anbar, 2538m2 sahəsində dayanacaq meydanı, 500m2 əhatə edən sınaq meydançası və 450m2 sahəsində sərgi salonu daxildir. Zavod ildə 5000 ədəd avtomobil istehsal etmək gücünə malikdir. Birinci il zavodda 1000 ədəd avtomobil istehsal olunması nəzərdə tutulub. Zavodda 50 nəfər yerli işçi çalışır. İstehsal Çinli mütəxəssislərin nəzarəti altında həyata keçirilir.

 

07.11.2015 0:18 |